"Everton" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisi "Arsenal"dan Kristian Norqaardla anlaşıb.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. "Everton" danimarkalı yarımmüdafiəçi üçün 7 milyon avro ödəyəcək.

 

32 yaşlı futbolçu 2025-ci ilin yayından "Arsenal"da çıxış edirdi. O, "topçular"da 20 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.