Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə "Kiryat Şimona" klubunda ilk qolunu vurub. Sport24.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda "İroni Tiberiyas"la görüşdə fərqlənib.

 

Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb.

 

Millimizin üzvü 84-cü dəqiqəsində əvəzlənib.