Mərakeş millisinin hücumçusu Sofian Rahimi karyerasını Avropada davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 30 yaşlı forvard "Əl-Əyn"i "Roma"ya dəyişə bilər.
"Canavarlar" Rahiminin transferi üçün BƏƏ klubu ilə danışıq aparır.
Mərakeşli hücumçunun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
"Əl-Əyn"in forvardı daha əvvəl "Raja Kasablanka" klubunda oynayıb.