Bu gün Bakıda güləş üzrə yeniyetmələr arasında (U-17) dunya birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, mundialın sonuncu günündə sərbəst güləşçimiz İbrahim Həsənov (51 kq) qızıl medal uğrunda xalçaya çıxıb.

 

İranlı Benyamin Cəfərə 1:5 hesabı ilə uduzan təmsilçimiz yarışın gümüş medalı ilə kifayətlənib.

 

Bununla da Azərbaycan millisi dunya birinciliyini 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 7 medalla tamamlayıb.

 

Yığmamızın heyətində Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli, İbrahim Həsənov (hər ikisi 51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafat qazanıblar.