Zakaria Savonun zədəsinin ağırlığı məlum olub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın hücumçusu Avropa Liqasının II təsnifat mərhələsinin Sofiyada ÇSKA ilə keçirilən cavab oyununda zədələnmişdi.

 

Müayinənin nəticələrinə əsasən, isveçli futbolçunun sağ bud əzələsində qismən yırtıq aşkarlanıb.


Bu səbəbdən Zakaria Savonun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu, onun "Qarabağ"ın qarşıdakı avrokubok və ölkədaxili oyunlarının əhəmiyyətli hissəsini buraxacağı anlamına gəlir.