Polşa çempionatında 2-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Slonsk"ın qonağı olub.

 

Start heyətində oyuna başlayan Emreli görüşün 60-cı dəqiqəsində hesabı açsa da, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənərək meydanı tərk edib.

 

Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub.