Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu braziliyalı hücumçu Malkomu transfer siyahısına əlavə etmək istəyir. Sport24.az xəbər verir ki, 29 yaşlı forvard komandanın baş məşqçisi Simone İnzaqinin planlarına daxil edilmir.

 

"Mavi dalğalar" Malkomun əvəzləyicisi kimi "Bornmut"un 19 yaşlı hücumçusu Rayanı nəzərdə tutub. Ərəbistan klubu yaxın həftələrdə gənc futbolçu üçün rəsmi təklif göndərməyi planlaşdırır. Keçidin böyük maliyyə vəsaiti tələb edəcəyi bildirilsə də, "Əl-Hilal" bu transfer üçün ciddi büdcə ayırmağa hazırdır.

 

2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 40 matçda meydanda olan Malkom 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.