"Atlanta Yunayted" "Napoli"nin hücumçusu Romelu Lukakunu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, MLS təmsilçisi belçikalı hücumçunu ABŞ-a gətirmək üçün ciddi səy göstərir.

 

Hazırda tərəflər arasında danışıq gedir. Əvvəllər "Fənərbaxça" və "Beşiktaş" klubları da forvardla maraqlanırdı.  

 

Lukakunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.