Region Liqasında cənub zonasının lideri "Xan Lənkəran" qış fasiləsində yeni transferlər həyata keçirib. Klubdan Sport24.az-a verilən məlumata görə, bunlar 4 futbolçudu.

 Gənc oyunçular - qapıçı Cavidan İzzətli və hücumçu Nurlan Fərəcli bunadək peşəkar futbolda çıxış ediblər. Belə ki, Nurlanla Cavidan müvafiq olaraq "Keşlə"nin "Zirə"nin aşağı yaş qruplarında forma geyinib. Sonuncu hətta U-16 yığmamızın üzvü olub. 

Lənkəranlıların ən diqqətçəkən transferi Aqşin Muxtaroğludu. Belə ki, uzun illər I Divizionda və hətta Premyer Liqamızda çıxış etmiş bu təcrübəli yarımmüdafiəçi Sumqayıt futbolunun yetirməsidi. Sadəcə, Aqşində COVİD-19 testinin nəticəsi pozutiv çıxdığına görə yeni komandasına qoşulmamışdı və artıq səhhətində hər şey qaydasında olduğundan Antalya toplanşına qatılıb. 

"Xan Lənkəran" cidid maliyyə problemləri ilə üzləşən Quba "Şahdağ"ından Vüqar Rəhimovu da sıralarına qatıb. Həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edən bu futbolçu Region Liqasında debüt mövsümünü keçirərək, bunadək daha çox futzalda çıxış edib.

Xatırladaq ki, cənub klubu türkiyəli yeni baş məşqçisi İbrahim Uzuncanın rəhbərliyi altında fevralın 4-dək Antalyada hazırlıq keçəcək.