Sentyabrın 17-dən 21-dək Çexiyada təlim-məşq toplanışında iştirak edəcək Azərbaycan millisi hazırlıqlarının ilk mərhələsinə Bakıda start verib. Sport24.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.
| N | Ad, soyad | Klub | 
| 1 | Emin Kürdov (q) | Araz-Naxçıvan | 
| 2 | Vladislav Reznov (q) | Araz-Naxçıvan | 
| 3 | Kamran Hacıyev (q) | Baku Fire | 
| 4 | Emil Həsənzadə | Araz-Naxçıvan | 
| 5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan | 
| 6 | İlham Alıyev | Araz-Naxçıvan | 
| 7 | Tofiq Mikayılov | Baku Fire | 
| 8 | Nurlan Mehdizadə | Baku Fire | 
| 9 | Oktay Rüstəmli | Baku Fire | 
| 10 | Fərid Abbasov | Baku Fire | 
| 11 | Fərid Atakişiyev | Neftçi İK | 
| 12 | Ülvi Əliyev | Araz-Naxçıvan | 
| 13 | Mirzə Əmirov | Neftçi İK | 
| 14 | Eldar Zeynalov | Neftçi İK | 
| 15 | Seymur Məmmədov | Neftçi İK | 
| 16 | Murad Quluzadə | Baku Fire | 
Qeyd edək ki, Azərbaycan Çexiyadakı təlim-məşq toplanışı çərçivəsindəı sentyabrın 19-da və 20-də Zlin şəhərində yerli milli ilə 2 yoldaşlıq matçı keçiriləcək.
 
     
                         
                 
                 
                 
                 
                