Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisi ilə baş tutacaq ilk qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Rəqib Konfrans Liqasından daha yüksək səviyyədə də oynayıb. Bu da onların yaxşı kollektiv olmasından xəbər verir. "Qarabağ"ın fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Onlar topa sahib olmağa önəm verirlər. Düşünürəm ki, biz də mərhələ adlaya bilərik. İlk matçda maksimum nəticə qazanmaq üçün azarkeşklərin dəstəyi də vacibdir".
"Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı isə avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.