"Arsenal" "Aston Villa"nın müdafiəçisi Ezri Konsanın transferi ilə bağlı danışıqları sürətləndirib və razılaşmanın əldə olunacağına inam artır. Sport24.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubu zədəli Uilyam Saliba və Yurrien Timberin yoxluğunda müdafiəni gücləndirmək istəyir.
Konsa həm sağ cinahda, həm də mərkəzdə oynaya bildiyi üçün Mikel Artetanın əsas hədəflərindəndir.
Birmingem təmsilçisi 28 yaşlı futbolçunu 60 milyon funt sterlinq dəyərində qiymətləndirir. "Arsenal"ın bu məbləği ödəməyə hazır olub-olmayacağı hələlik məlum deyil, lakin transferin baş tutacağı ilə bağlı nikbinlik artır.
Qeyd edək ki, "Aston Villa" Konsanı 2019-cu ildə "Brentford"dan 12 milyon funt sterlinqə transfer edib. İngiltərə millisinin üzvü klubda 280-dən çox oyuna çıxıb və ötən mövsüm bütün turnirlərdə 48 matçda iştirak edib.