Niderlandın "Tvente" klubunun yarımmüdafiəçisi Ramiz Zerruki matçdan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 28 yaşlı oyunçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Azərbaycan təmsilçisinə qarşı keçiriləcək ilk qarşılaşma barədə düşüncələrini bölüşüb:

 

"Oyuna tam hazırıq. Rəqib futbol oynamağı sevən təcrübəli komandadır. Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik".

 

Əlcəzairli futbolçu mübarizəyə həvəslə hazırlaşdıqlarını vurğulayıb:

 

"Cütün taleyi iki oyundan sonra həll olacaq, amma ümid edirik ki, sabah çox vacib addım atacağıq. UEFA Avropa Liqasında mübarizəni dayandırmağımız məyusedici idi. İndi bu turnirə diqqət yetirməliyik".

 

"Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu cütün cavab görüşü isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.