"Arsenal" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, London klubu "Aston Villa"dan Ezri Konsanı transfer etmək niyyətindədir.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

"Topçular"ın baş məşqçisi Mikel Arteta mərkəz müdafiəçiləri Yurren Timber və Vilyam Salibanın zədələnməsindən sonra bu mövqeyə yeni oyunçu istəyib. Mütəxəssis məhz Konzanı komandasında görməyi arzulayır.

 

"Arsenal" artıq bir müddətdir, ingiltərəli futbolçu üçün danışıqlar aparır. 28 yaşlı futbolçu özü də London klubunda oynamağa razıdır.

 

Konza ötən mövsüm "Aston Villa"da 48 oyuna çıxıb.