"Əl-Hilal"ın hücumçusu Darvin Nunes "Əl-Dəriyah"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Tərəflər 26 yaşlı uruqvaylı forvardın bir mövsümlük icarəsi ilə bağlı şifahi razılığa gəlib. Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.
Transferlə bağlı sənədlər hazırlanır. Növbəti mərhələdə Nunes tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq.
Qeyd edək ki, uruqvaylı futbolçunun "Trabzonspor" və "Beşiktaş"a keçidi də gündəmdə idi, lakin tərəflər arasında razılaşma əldə olunmadı.