"Fənərbaxça"nın hücumçusu Sidiki Şerik karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Koventri Siti" fransalı futbolçunu transfer edib.

 

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

 

Hələlik transferin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, "Fənərbaxça" Sidiki Şerifi bu ilin yanvarında "Anje"dən transfer edib. 19 yaşlı forvard  Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi  matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.