"Betis" "AZ Alkmar"ın hücumçusu Troy Parrottun transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, insayder Matteo Moretto məlumat yayıb.
Məlumata görə, İspaniya klubu 24 yaşlı hücumçu üçün Niderland təmsilçisinə 16 milyon avro ödəyəcək. Razılaşmada 4 milyon avro bonus da nəzərdə tutulub. Parrott "Betis"lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İrlandiya millisinin üzvü ötən mövsüm "AZ Alkmar"ın heyətində 48 oyunda 31 qol vurub və 12 məhsuldar ötürmə edib.