İsrailin "Hapoel" (Beer-Şeva) klubunun kapitanı Migel Vitor Rumıniyanın Buxarest şəhərində "Sabah"a qarşı keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında danışıb. Sport24.az xəbər verir ki, Vitor görüşdən gözləntilərini bölüşüb:

 

"Yenidən pley-offda oynamaq çox həyəcanlıdır. Mən bu turda iki dəfə oynamışam və heç vaxt bundan keçə bilməmişik. Ümid edirəm ki, bu dəfə həlledici addım atacağıq, qol imkanlarından yararlanacağıq və rəqiblərimizə çox şans verməyəcəyik. Biz xırda şeylərə diqqət yetirən bir komandayıq və bu, bizə uğur qazanmağa imkan verir. Elə bu cür matçlar üçün futbol oynayırıq. "Sabah"a qarşı matçları səbirsizliklə gözləyirəm. "Sabah"la oyunlar bizə qarşı favorit hesab edilən və təzyiq altında olan "Srvena Zvezda"ya qarşı oyunlardan tamamilə fərqli olacaq. Bilirsiniz, təzyiq altında olan bir komanda üçün bu, narahatdır. Bu dəfə klubların şansları 50-50-dir".

 

Qeyd edək ki, "Hapoel" – "Sabah" matçı bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.