İngiltərənin "Brayton" klubu heyətini yeni hücumçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın "Yunion" klubundan Promis Devidi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı hücumçu icarə əsasında "qağayılar"a keçib. "Brayton" yayda onun transfer hüquqlarını almaq imkanına sahibdir.

 

Devid 2024-cü ildən "Yunion"da çıxış edir. O, komandada 82 oyunda 41 qola imza atıb.

 

Kanada millisinin üzvü olan forvard dünya çempionatında forma geyinib. O, milli ilə 4 oyunda 1 qol vurub.