La Liqa təmsilçisi "Real Sosyedad" "Vest Hem"in meksikalı yarımmüdafiəçisi Edson Alvareslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

İspaniya klubu 28 yaşlı futbolçunun transferi ilə bağlı şərtləri öyrənmək üçün İngiltərə təmsilçisi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Alvaresin "Vest Hem"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçu ötən mövsüm icərə əasında "Fənərbaxça"da çıxış edib.