Yeni mövsümə hazırlıqlarını davam etdirən "Zaqatala" bu gün yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ"nin əvəzedici komandası ilə üz-üzə gələcək.

 

Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 18:00-da start veriləcək.

 

Şimallılar bundan əvvəl II Liqa təmsilçisi "Hypers" ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub.

 

"Zaqatala" yeni mövsümdə I Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 3-də start veriləcək.