"Barselona" "Fənərbaxça"nın qapıçısı Dominik Livakoviçi transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "IndexHR" məlumat yayıb.

 

Kataloniya klubunun xorvatiyalı qapıçı üçün təxminən 3 milyon avro və bonuslar ödəyəcəyi bildirilir.

 

Qeyd edək ki, "Barselona" Livakoviçi transfer etdikdən sonra onu bir mövsümlük Zaqreb "Dinamo"suna icarəyə verməyi planlaşdırır. 2027-ci ildə isə qapıçının Kataloniya klubuna qayıdaraq Voyçex Şensninin mümkün ayrılığından sonra ikinci qapıçı mövqeyini tutması gözlənilir.