"Neftçi"də icarədə çıxış edən millimizin üzvü Mert Çelikə Türkiyə klublarından ididaçılar günü-gündən artır. Sport24.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, müqaviləylə "İstanbul Başakşehir"ə məxsus olan 21 yaşlı müdafiəçini Super Liqanın digər komandaları yaxından izləməyə başlayıb.

Belə ki, "Fatih Karagümrük" və "Qaziantep" Türkiyənin 4 böyük klubunun yaxından izlədiyi Mertlə bağlı yeni mövsüm üçün artıq "Başakşehir"in "qapısını döyüb". Gənc futbolçunun transferi üçün danışıqlar davam edir. "Qalatasaray" və "Fənərbaxça"nın da Çeliki mövsümün sonunda transfer eləmək üçün hərəkətə keçəcəyi öyrənilib.

Transfermarktin məlumatına görə, Mertin satış dəyəri 350 min avrodu. Milliləşdirilən türkiyəli futbolçu ötən mövsüm çempon olduğu "Neftçi"də cari çempionatda 18 oyuna çıxıb.