"Təəssüf ki, Çempionlar Liqasında mübarizəni dayandırdıq. Əslində pis oynamadıq, sadəcə, fərdi səhvlərdən uğursuzluğa düçar olduq. "Neftçi"nin eyətində bu cür səhvləri bağışlamayan yüksək səviyyəli futbolçular var". Sport24.az xəbər verir ki, bu fikirləri Tiflis "Dinamo"sunun baş məşqçisi Kaxaber Tsxadadze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə il oyun öncəsi keçirilən mətbuat konfransında ilk raundda "Neftçi"yə məğlubiyyəti şərh edərkən deyib.

53 yaşlı mütəxəssisin fikrincə, təmsilçimizə qarşı hər iki oyunda məğlubiyyətə layiq deyildilər: "Kim fərqli düşünürsə, mübahisə edə bilərəm. "Makkabi" ilə matçlar həmin uğursuzluğu unutdurmaq üçün yaxşı şansdır".

Tiflis təmsilçisi hər iki oyunda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Makkabi" görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.