"Sumqayıt" heyətinə yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, "kimyaçılar" ekvadorlu vinger Cordan Rezabalanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ön xətt oyunçusu 2024-cü ilin dekabrınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ekvadorun U-21 millisinin sabiq üzvü olan Cordan Rezabala son olaraq ölkəsində "Quayaqil Siti" klubunda çıxış edib.