Bakı Olimpiya Stadionunun ərazisində yerləşən AFFA VAR mərkəzində "Neftçi"nin Gənclər Liqasında çıxış edən komandası üçün Hakimlər Komitəsinin sədri Barış Şimşək tərəfindən seminar keçirilib.

 

Sport24.az xəbər verir ki, tədbirdə VAR-ın oyunöncəsi hazırlıq prosesi izah olunub və müvafiq epizodlar üzərində VAR müdaxilələri (oyundankənar vəziyyətin qeydə alınması, penalti epizodları və s.) müzakirə edilib.

 

Eyni zamanda, Hakimlər Komitəsinin rəhbəri yeniyetmə futbolçuların suallarını cavablandırıb suallar cavablandırılıb.