"Yaxın günlərdə yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək". Apasport.az saytının mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın baş icraçı direktoru Sərxan Hacıyev deyib.

 

"Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına ev sahibliyi edəcək. Azərbaycan da ev sahibi kimi bu turnirdə iştirak edəcək. Ötən həftə U-20 yığmamızın baş məşqçisi Jui Jorgenin təyinatı rəsmiləşdi. O, futbolçu karyerasına malikdi. Milli komandada 45 oyun keçirib. U-20 komandasının baş məşqçisi olub. İnanıram ki, bu təyinatın milli komandamıza müsbət təsiri olacaq. Rui Jorgedən başqa iki köməkçisi də daimi olaraq Azərbaycanda yaşayacaq. Onlara yerli gənc məşqçilərdən biri də təyin olunacaq, kömək edəcək. Həm də portuqaliyalı məşqçilərin yanında təcrübə qazanacaq. O haqda indi məlumat verə bilməyəcəyik".