"Şamaxı" yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək. Sport24.az xəbər verir ki, komanda toplanış zamanı keçirəcəyi üçüncü yoxlama oyununda "Kəpəz" ilə qarşılaşacaq.
Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "Şamaxı" toplanış çərçivəsində iyulun 14-də "Qəbələ" ilə, 21-də isə "Karvan"la üz-üzə gələcək.