İngiltərənin "Lids Yunayted" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Udineze"dan Yaka Biyolu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Lids Yunayted" sloveniyalı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 18 milyon avro təzminat ödəyib. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Yaka Biyol 2022-ci ilin yayında Moskva ÇSKA-sından "Udineze"yə keçmişdi. Sloveniya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.