"Sauthempton"un qapıçısı Aron Ramzdeyl karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, "Qalataasaray" ingiltərəli qolkiperi heyətinə qatmaq istəyir.

 

Bu barədə "Times" nəşri məlumat yayıb.

 

İstanbul klubu müqaviləsində 20 milyon funt-sterlinqlik sərbəstqalma məbləği olan Ramzdeyli icarəyə götürməyi planlaşdırır. Premyer Liqanı tərk edə klub "Qalatasaray"ın təklifinə isti yanaşır.

 

Qeyd edək ki, "Sauthempton" Aron Ramzdeyli ötən ilin yayında "Arsenal"dan transfer edib. İngiltərə millisinin üzvü olan 27 yaşlı "əlcək sahibi" ötən mövsüm "müqəddəslər"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 68 qol buraxıb. O, 4 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.