"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəflərindən biri "Benfika"da çıxış edən Orkun Kökçüdür.

 

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

 

"Fənərbaxça" türk yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. Portuqaliyaa klubu 24 yaşlı futbolçunu 40 milyon avrrodan aşağı qiymətə satmağı düşünmür.

 

Qeyd edək ki, "Benfika" Orkun Kökçünü 2023-cü ilin yayında "Feyenord"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 96 rəsmi matçda 19 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.