"Milan" futbolçusu Alvaro Moratanı "Komo"ya satmağa hazırdır. Sport24.az xəbər verir ki, klublar ispaniyalı hücumçunun transferi ilə bağlı danışıqları davam etdirir.

 

"Qırmızı-qaralar" bu satışdan 15–18 milyon avro gəlir əldə etmək istəyirlər. Lakin əvvəlcə Moratanın qışdan bəri çıxış etdiyi "Qalatasaray"la olan icarə müqaviləsi ləğv olunmalıdır.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü 2024-25 mövsümündə A Seriyasında 16, Türkiyə çempionatında isə 12 oyun keçirib və ümumilikdə 11 qol vurub.