İngiltərənin "Liverpul" klubunda çıxış edən Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, futbolçu "Napoli" ilə ilkin razılıq əldə edib.
O, baş məşqçi Antonio Kontenin rəhbərliyi altında çıxış etmək istədiyini bildirib.
Əsas məsələ A Seriyası çempionunun Mersisayd təmsilçisi ilə anlaşmasıdır. "Liverpul" Nunyesin transferindən əhəmiyyətli məbləğ qazanmağı hədəfləyir.
Qeyd edək ki, Darvin Nunyes ötən mövsüm 47 oyunda 7 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.