Bu gün bir sıra media qurumlarında "Fənərbaxça"dan ayrılan serbiyalı Duşan Tadiçin "Qarabağ"ın maraq dairəsində olmasına dair xəbərlər yayılıb. Sport24.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən yayılan məlumatlarda Ağdam təmsilçisinin Serbiya millisinin 36 yaşlı sabiq vingeri ilə maraqlandığı iddia edilib.
Lakin "Qarabağ" klubunun mətbuat xidmətindən verilən açıqlamada məlumat təkzib edilib.
"Bu haqda xəbərlər doğru deyil" - deyə bildirilib. (Qol.az)