"Təxminən bir həftə öncə "Şəmkir"dən mənimlə əlaqə saxlamışdılar. Dedilər ki, bizim komanda da işləyərsiz?". Bu sözləri Sport24.az-a açıqlamasında Rövşən Babayev deyib.
Vüqar Nadirovun gedişindən sonra "Şəmkir"in baş məşqçisi postu hazırda boşdur. 48 yaşlı mütəxəssis bizimlə söhbətdə II Liqa klubundan onunla əlaqə saxladıqlarını bildirib:
"Mən də onlara "niyə də olmasın?" cavabını bildirdim. Şəmkir futbol bölgəsidir. Bu rayonda futbolu sevən və dərindən bilən azarkeş var. Belə yerdə işləməyə dəyər. Bəzi danışıqlarımız oldu. Bildirdilər ki, boş qalan posta bir neçə namizəd var, sən də onların arasındasan. Fikrimi öyrəndilər, maliyyə ilə bağlı müəyyən fikir mübadiləsi apardıq. Bundan sonra hələ ki, səs-soraq yoxdur".
Qeyd edək ki, 2024/25 mövsümündə "Şəmkir" II Liqada 5-ci pilləni tutub.