"Karyeramı harada davam etdirəcəyimə tam olaraq qərar verməmişəm". Bu sözləri Sport24.az saytına açıqlamasında Premyer Liqanı tərk edən "Səbail"in qapıçısı Hüseynəli Quliyev deyib.

O, karyerasını xaricdə davam etdirmək variantının olduğunu bildirib:

"transfer pəncərəsi"nin bağlanmasına yetərincə vaxt var. Öncə "Səbail" rəhbərliyi ilə danışığımız olacaq. Bundan sonra başqa təklifləri gözdən keçirəcəm. Ölkə xaricinə yollanmaq variantı da istisna olunmur. Bu üzdən tələsik qərar vermək istəmirəm".

Qeyd edək ki, qolkiperin "Səbail" ilə müqaviləsi gələn ilin yayında başa çatır. Quliyev 2024/25 mövsümündə "dənizçilər"in heyətində 22 oyunda meydana çıxıb və qapısında 39 qol görüb. 4 qarşılaşmada isə "çərçivə"nin toxunulmazlığını təmin edib.