Mövsümlərarası fasilədə Bar Koen, Çance Simakala Ba-Muaka, Bruno Franko, Çarles Boli, Patrik Andrade ilə güclənən "Araz-Naxçıvan" daha bir legioner axtarışındadır. Kluba yaxın mənbədən Sport24.az-a daxil olan məlumata görə, bununla da "qırmızı-ağlar" bu yay üçün transferlərə nöqtə qoyacaq.
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək komanda sol ayaqla oynaya bilən mərkəz müdafiəçisi axtarışındadır. İqor Ribeyronun "Neftçi"yə keçidindən sonra bu mövqe boş qalıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisinin Konfrans Liqasında rəqibi Yunanıstanın "Aris" klubudur. Elmar Baxşıyevin çalışdırdığı komanda ilk matçını iyulun 24-də evdə, cavab matçını bir həftə sonra səfərdə keçirəcək.