Rəhman Daşdəmirov "Sabah"la müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir.
Qeyd edək ki, millimizin də formasını geyinən müdafiəçisi 2023-cü ildən "Sabah"ın formasını geyinir.