"Komandadan gedənlər artıq bəllidir. 16 futbolçu ilə yollar ayırmışıq". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqaya vəsiqə qazanan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
Mütəxəssis transfer çalışmalarında tələsmək istəmədiklərini bildirib:
"Heyətimizə qatdığımız futbolçar var. Demək olar ki, seleksiyanı 80 faiz yekunlaşdırmışıq. Transferində maraqlı olduğumuz oyunçular var ki, onlarla hələ danışıqlar davam edir. Tələsmək istəmirik. Çünki vaxtımıza hələ çox var. Hazırlıq planına gəlincə, I Liqanın başlama tarixi müəyyənləşmədiyi üçün planlaşdırma edə bilmirik".
Qeyd edək ki, "Şəfa" ötən mövsüm İkinci Liqanı ikinci yerdə bitirib. Klub çempion "Şahdağ Qusar"dan 11 xal geridə qalıb.