Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşıb.

 

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 98:87.

 

Günün ilk görüşündə isə "Şəki" "Quba"nı (101:89) üstələyib.


Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.