Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" "Sabah"la matçda "sülh"ə razılaşdı.  Sport24.az Qurban Qurbanovun mətbuat konfransından hesabatı təqdim edir.



- Azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm atmosfer var idi. Futbolçular azarkeşlərə layiq oynadı. Dinamik oyun alındı. Əsl kubok oyunu idi. Cavab oyununa hazırlaşmalıyıq.



- Baş hakim təyinatı açıqlananda narahatlıq hiss etdiz?


- Qətiyyən.

- Oyundan sonra da?


- Yəqin ki, yaxşı oyunlar idarə edir deyə təyin ediblər.



- Kaşukun "Sabah"a transfer olunacağı deyilir. Şans qazana bilmir?


- "Sabah" söhbəti yoxdu. Şans verilir yetərincə.



- "Qarabağ" kuboka görə çempionatı, çempionata görə kuboku qurban verə bilər? Yəqin ki, hədəf kimi minimum bir titul var.


- Belə düşüncəmiz yoxdu. Təki azarkeşlər zövq alsın, uduzsaq da, olar. Olacaq, olacaq, olmayacaq, olmayacaq.

- Əsas çatışmazlıq nə idi ki, qalib gələ bilmədiz?


- Qarşımızda yaxşı komanda var idi. Sonadək dözən kollektivdi. Onların istəyi bəlkə də bizdən daha yuxarıdı. Dekabra qədər yorğun idik. Son iki "Sabah"la oyunda motivasiya yüksəkdi. Bir-birini tamamlayan komandadı. Səbəb qarşımızdakı rəqibdi.

- Azarkeşlər çox idi. Demək olar ki, maraqlı oyuna gəlirlər?


- Bu azarkeşlər gəlsə, istənilən oyun yaxşı olacaq. Futbolçular daha məsuliyyətli olacaq.

- Özünüzü avrokubok oyununda hiss etdiz?


- Var idi belə ab-hava. Təsnifat mərhələlərindən daha çox azarkeş var idi bəlkə də.

- Oyundan sonra Elvinlə Zedadkanı barışdırdız.


- Epizodu görməmişdim. Futbolçu aqressivliyidi. Mübahisə futbolu bəzəyir. Futbol xarakter oyunudu. Zedadka hirsləndi. Barışdıran kimi etdim, bilmirəm.

- Dambrauskasla son oyundakı mübahisə haqda danışırdız?


- Yox, keçən oyundan danışmadıq. Olan orda qalıb. Dambrauskasla futbol haqda danışmışıq həmişə. Bizim işimizə o, onların işinə mən dəyər vermişəm. Centlmensayağı danışıq idi.


- AFFA-nın iki ildəki işlərini veteran futbolçu kimi necə qiymətləndirirsiz?


- Normal. Yeni ideya olanda gözləmək lazımdı. Yeni düşüncə, beyin varsa, bu ancaq maraqlı ola bilər.