Mario Balotelli karyerasını İtaliyanın "Kremoneze" klubunda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.

 

2024/2025 mövsümünün yekunlarına görə, A Seriyasına vəsiqə qazanan "Kremoneze" 34 yaşlı forvardla müqavilə imzalamağı düşünür. Balotellinin "Cenoa" ilə müqaviləsinin müddəti bu ayın 30-da başa çatacaq.

 

Qeyd edək ki, italiyalı hücumçu "Cenoa"ya ötən ilin oktyabrında azad agent kimi qoşulub. O, bu müddət ərzində A Seriyasında cəmi 6 oyunda meydana çıxıb və iştirak 56 dəqiqə forma geyinib.