"Sabah" güclü rəqibdir. Onlara qarşı oyunumuz ağır keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasov deyib.

 

20 yaşlı müdafiəçi komandasının Premyer Liqada yerini qoruduğunu deməyin tez olduğunu bildirib:

 

"Şamaxı" Premyer Liqada yerini təmin edib demək tezdir. Bizim qarşıda oyunlarımız var. Çalışırıq hər matçda müsbət nəticələr qazanaq. Hədəfə çatıb, daha yuxarı pillədə qərarlaşmaq istəyirik".

 

O, son olaraq XXVII turda üz-üzə gələcəkləri "Araz-Naxçıvan"la görüşə toxunub:

 

"Araz-Naxçıvan" avrokuboklara vəsiqə uğrunda oynayan komandadı. Səfərdə bizi çətin matç gözləyir. Ayxan Abbasovun tapşırıqlarını yerinə yetirib, qələbə qazanmaq istəyirik".

 

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasının XXVII turu çərçivəsində martın 14-də səfərdə "Araz-Naxçıvan"la qarşılaşacaq.