Bu gün "Marriott Absheron" hotelində ölkəmizdə səfərdə olan FİFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Sport24.az xəbər verir ku, tədbirdən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşərək Azərbaycanda futbolun inkişafı, FİFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

 

Daha sonra baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. O, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.