Ötən mövsüm "Neftçi"ni baş məşqçisi olmuş Laurentsiu Regekampf yenidən Səudiyyə Ərəbistanında çalışacaq. Sport24.az xəbər verir ki, yayda Rumıniyaya qayıdaraq "Universitetya Krayova"nın "sükanı arxası"na dönən Rege orda qalası olmayıb.
Belə ki, 48 yaşlı rumıniyalı mütəxəssis "Əl-Tai"dən gələn təklifi dəyərləndirib. Adıçəkilən klub 7 turdan sonra 7 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Regekampf vaxtilə bu ölkədə "Əl-Əhli"nin baş məşqçisi olub.