17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev karyerasını klub akademiyasında davam etdirməkdə maraqlıdır. Sport24.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis "Qarabağ"ın futbol akademiyasında üz tutmaqda maraqlı olub.

 

Hətta Nəbiyev Ağdam təmsilçisinin rəhbərliyi ilə əlaqə saxlayaraq akademiyada çalışmaq istəyini bildirib.

 

Lakin klub tərəfindən onun müraciətinə müsbət cavab verilməyib. Belə ki, "Qarabağ" rəhbərliyi məşqçinin akademiyada çalışması ilə bağlı istəyinə isti yanaşmayıb.

 

Qeyd edək ki, Nəbiyevin U-17 millisi ilə müqaviləsi iyunun 30-da başa çatır.