UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"la TNS (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib. Sport24.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

 

Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

 

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən "Park Hall" stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


Qeyd edək ki, bu, "Sabah"ın tarixində UEFA Çempionlar Liqasındakı ilk oyunları olacaq.