2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, turun mərkəzi görüşlərindən birində Argentina millisi Avstriya ilə qarşılaşacaq.

 

Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Hər iki komanda mundiala qələbə ilə start verib. Argentina ilk turda Əlcəzairi 3:0, Avstriya isə İordaniyanı 3:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

 

Dünya çempionatı
J qrupu, II tur
22 iyun
21:00. Argentina – Avstriya 1:0 (İkinci hissə)

Qol: L. Messi, 38.