"Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersen üçün yeni təklif irəli sürməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bir müddət əvvəl "meşəçilər" "Siti"nin 106 milyon funt sterlinq (120 milyon avrodan çox) və bonuslar təklifini rədd etmişdi. Yeni təklif 135-140 milyon avro aralığında olacaq. Oyunçunun özü ilə şəxsi müqavilə barədə razılıq əldə olunub. 

 

"Mançester Yunayted" də Andersonla maraqlanır, ancaq "şəhərlilər"in keçidi reallaşdıra biləcəyi daha real görünür.

 

Qeyd edək ki, 23 yaşlı Anderson 2024-cü ilin yayında 41,2 milyon avro qarşılığında "Nyukasl"dan "Nottingem Forest"ə keçib. O, 2025/26 mövsümündə bütün turnirlərdə 50 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.