Qanalı cadugər Nana Kvaku Bonsam millisinin İngiltərə ilə oyununda Harri Keyni "bağlayacağını" bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Daily Star"a açıqlama verib:

 

"Harri Keyn üzərində işləyirəm. Əvvəllər nəyə qadir olduğumu göstərmişəm, ona görə də onu dayandırmaq üçün nə etmək lazım olduğunu bilirəm. Proqnozlarımla məşhuram. Onun ciddi zədələnməsini istəmirəm. Ancaq Qanaya kömək etmək üçün öz işimi görəcəyəm".

 

Bonsam DÇ-2014 zamanı Qana ilə oyundan əvvəl portuqaliyalı hücumçu Kriştiano Ronaldonun zədələnməsində iştirak etdiyini iddia etdikdən sonra məşhurlaşıb.

 

Qeyd edək ki, İngiltərə iyunun 23-də tarixində Qana ilə oynayacaq. İngiltərə yığması qrup mərhələsinin ilk turunda Keynin dublu sayəsində Xorvatiyanı 4-2 hesabı ilə məğlub edib. Qana isə Panamanı minimal hesabla üstələyib - 1:0.